Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Vətən müharibəsindən zəfərlə çıxan Azərbaycan dünyanın diqqətini cəlb etməkdədir

0

  •         Müharibənin başa çatmasından sonra ölkəmizdə bir çox sahələri əhatə edən müxtəlif səpgili​ beynəlxalq forumlar keçirilmişdir. 2022-ci ilin 01 iyununda öz işinə başlamış 27-ci Beynəlxalq Xəzər Neft və Qaz sərgisinin açılışı da bu qəbildən olan tədbirlərdən biri idi. Sərgidə dünyanın bir çox tanınmış siyasətçilərinin, eyni zamanda ev sahibi kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı onun əhəmiyyətini daha da artırırdı.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Sərginin açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışı böyük maraq doğurdu. Ölkə başçısı cənub qaz dəhlizinin dünyanın bir çox ölkələrinin qaz və digər karbohidrogen ehtiyatları ilə təmin edilməsində mühüm rol oynadığını vurğuladı. Prezident qeyd etdi ki, ötən il cənub qaz dəhlizi ilə 22 milyard kub metr qaz nəql olunduğunu, bu il isə bu rəqəmin 24 milyard kub metr olacağının proqnozlaşdırıldığını qeyd etdi. Azərbaycan Respublikasının Prezidenti bildirdi ki, hal-hazırda Avropanın Azərbaycan qazına olan tələbatı 10 milyard kub metr həcmindədir. Ancaq bu həcmdə qazın nəql olunması imkan xaricindədir və bunu reallaşdırmaq üçün mövcud şəbəkəni genişləndirmək zərurəti meydana çıxır.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Daha sonra ölkə başçısı əlavə etdi ki, Azərbaycan tranzit ölkə kimi də əlverişli mövqeyə malikdir. Belə ki, Yeni Dəniz Limanının fəaliyyətə başlaması, avtomobil yolları və bynəlxalq hava limanları Azərbaycanın tranzit ölkə kimi əhəmiyyətini birə-beş əhəmiyyətli edir. İşğaldan azad edilmiş ərazilərdə üç beynəlxalq hava limanının tikilməsi nəzərdə tutulmuşdur ki, onlardan da biri- Fizuli beynəlxalq hava limanı- artıq istifadəyə verilmişdir. Bununla da Azərbaycandakı beynəlxalq hava limanlarının sayı doqquza çatdırılacaqdır.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Azərbaycan Respublikasının Prezidenti qeyd etdi ki, biz Zənəzur dəhlizinin açılmasında maraqlıyıq və buna nail olacağıq. Zənəzur dəhlizinin açılması təkcə quru yolu və dəmir yolunun açılması ilə məhdudlaşmır. Eyni zamanda bu dəhliz vasitəsilə xaricə elektrik enerjisini də nəql etmək imkanı yaranacaqdır. Göründüyü kimi ölkəmiz enerji ehtiyatları ilə zəngindir və bu zənginliklər bundan sonra da Azərbaycan xalqının mqddi- rifah halının yaxşılaşmasına və onların layiq olduqları həyatı yaşamalarına geniş imkanlar yaradacaqdır.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Ölkəmiz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən aparılan məqsədyönlü və avanqard daxili və xarici siyasət nəticəsində daha böyük uğurlara imza atacaqdır. Çünki, bu siyasətin təməli​ ​ Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Öz ərazilərini bütövləşdirən Azərbaycan bu gün dünya xəritəsində parlayan bir ulduz kimidir. Qoy bu ulduzun şüaları​ daim ətrafına​ işıq saçmaqda davam etsin.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Ələddin Əhmədov,Xocalı rayon ziyalısı
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib35 dəfə
    Vətən müharibəsindən zəfərlə çıxan Azərbaycan dünyanın diqqətini cəlb etməkdədir

    Maraqlı gələ bilər
    56
    47
    32
    28